“Kitab tutan əllər” adlı aksiya keçiriləcək
Bakı, 12 fevral, AZƏRTAC
Kitablarla uşaqları görüşdürməyə tələsən F.Köçərli adına Respublika Uşaq Kitabxanası fevralın 14-də saat 12:00-dan 14:00-dək “Park Bulvar” alış-veriş mərkəzində “Kitab tutan əllər” adlı aksiya keçirəcək.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Kitab Bağışlama Günü (İnternational Book Giving Day) münasibətilə təşkil ediləcək aksiyada uşaq ədəbiyyatı təqdim olunacaq. Bundan başqa aksiya zamanı müxtəlif viktorinalar keçiriləcək.
Həmçinin uşaq yazarlarından Sevinc Nuruqızı və Gülzar İbrahimova ilə də görüş təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [12:31]
7:30-da dayanan saat: Xavər Vəkilovanın xatirələri
- 07.09.2026 [12:17]
Milli Xalça Muzeyində Nərmin Nəcəfin “NAR əfsanəsi” fərdi sərgisi açılacaq
- 07.09.2026 [12:03]