KİV: HƏMAS və İsrail girovlarla bağlı razılaşma üzərində işləyir
Bakı, 16 fevral, AZƏRTAC
HƏMAS hərəkatı və İsrail Qəzza sektorunda saxlanılan girovların azad edilməsi və Fələstin eksklavında hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmanın şərtləri üzərində işləyir.
AZƏRTAC xəbər verir ki, “Haaretz” qəzeti bu barədə danışıqlarda iştirak edən xarici diplomatik mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, sazişin həyata keçirilməsi üçün “ideal vaxt” 2024-cü il martın 11-dən aprelin 9-na təsadüf edən Ramazan ayıdır. Eyni zamanda, İsrail yaxın həftələrdə Qəzza sektorunun cənubunda əməliyyatların intensivliyini azaltmaq niyyətindədir.
Fevralın 13-də Qahirədə Misir, ABŞ, Qətər və İsrail nümayəndələri arasında keçirilən görüşdə Qəzza sektorunda saxlanılan girovların azad edilməsinə dair mümkün razılaşma, həmçinin anklavda atəşkəs rejiminin tətbiqi perspektivləri müzakirə edilib. Danışıqlarda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns, İsrailin “Mossad” kəşfiyyat agentliyinin rəhbəri Devid Barnea, Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani, həmçinin Misirin Ümumi Kəşfiyyat İdarəsinin rəhbəri Abbas Kamel iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:33]
Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]
Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb
- 08.06.2026 [12:17]
İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb
- 08.06.2026 [12:16]
Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb
- 08.06.2026 [12:14]
Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb
- 08.06.2026 [12:09]