Kiyevdə Novruz bayramı ilə bağlı beynəlxalq festivalda Azərbaycanın stendi nümayiş etdirilib
Kiyev, 21 mart, AZƏRTAC
Ukraynanın paytaxtı Kiyev şəhərində Novruz bayramı ilə bağlı keçirilən beynəlxalq festivalda Azərbaycan xalqının mədəniyyəti, milli mətbəxi təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Kiyev şəhər Dövlət Administrasiyasının təşkilatçılığı ilə keçirilən Novruz festivalında Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Əfqanıstan, Pakistan və Türkiyə ilə yanaşı, Azərbaycanın stendi də nümayiş etdirilib.
Tədbirin rəsmi açılışında iştirakçı dövlətlərin səfirləri Novruz təbriklərini çatdırıblar.
Festivalda Kiyev şəhərinin sakinləri, qonaqları, xarici ölkələrin diplomatik nümayəndələrinə Azərbaycanın milli mətbəxi sayılan paxlava, plov, dolma, kətə paylanılıb.
Sonra iştirakçı dövlətlərin mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert keçirilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev