KLAQENFURT ŞƏHƏRİNDƏ 157 ALMAN FUTBOL AZARKEŞİ SAXLANILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 7-də start götürən 13-cü futbol üzrə Avropa çempionatının ikinci günü ilk xuliqanlıq halları qeydə alınmışdır. B qrupunda yarışan Almaniya və Polşa yığma komandaları arasında iyunun 8-də Klaqenfurt şəhərinin “Vörterzee” stadionunda keçirilmiş oyun ərəfəsində Avstriya polisi polşalı azarkeşlərə qarşı aqressivliyi ilə diqqəti cəlb edən alman azarkeşlərini saxlamışdır.
Asayişi pozma, bədən xəsarəti yetirmə, məmurlara qarşı zor tətbiqi, inzibati pozuntular və digər maddələrlə günahlandırılan 157 alman azarkeşı polis nəzarətinə alınmışdır. Həmin azarkeşlər ölkə ərazisindən çıxarılmış, çempionat müddətində İsveçrə və Avstriyaya daxil olmaları qadağan edilmişdir.
Qeyd edək ki, həmin gün keçirilən matçda Almaniya yığma komandası 1998-ci ildən bəri keçirilən Avropa çempionatlarının yekun mərhələsində ilk qələbəsinə imza atmışdır. Oyun 2:0 hesabı ilə almanların xeyrinə başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]