Konfrans Liqası: “Sumqayıt” cütün ilk oyununda Macarıstan klubuna məğlub olub
Bakı, 25 iyul, AZƏRTAC
“Sumqayıt” komandası UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, “kimyaçılar” doğma meydanda Macarıstan təmsilçisi “Fehervar”la qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 20-ci dəqiqədə “Sumqayıt”ın heyətində Səbuhi Abdullazadə açsa da, rəqibin heyətində 39-cu dəqiqədə Tobias Kristensen və 52-ci dəqiqədə Csaba Spandler fərqlənərək qələbəni gətiriblər.
Komandalar arasında cavab oyunu iyulun 31-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]