Konqoda qızıl mədəninin çökməsi nəticəsində azı 50 nəfər ölüb
Bakı, 12 sentyabr, AZƏRTAC
Konqo Demokratik Respublikasında leysan yağışları səbəbindən qızıl mədəni çöküb.
AZƏRTAC Al Jazeera telekanalına istinadla xəbər verir ki, qəza nəticəsində azı 50 nəfər həlak olub. Faciənin cümə günü yerli saatla 15 radələrində baş verdiyi bildirilir.
Həmin ərəfədə mədənin yerləşdiyi Cənubi Kivu əyalətində güclü yağışlar yağıb. Yayılan məlumata görə, ölənlərin əksəriyyəti gənc insanlardır. Kamituqi şəhərinin meri bildirib ki, hələlik ölənlərin dəqiq sayı bilinmir.
Şəhərdə ikigünlük matəm elan olunub, hakimiyyət orqanları yerli sakinləri həlak olanların cəsədlərinin mədəndən çıxarılmasına kömək etməyə çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]