KONSTANTİN ZATULİN: PREZİDENT İLHAM ƏLİYEV MÜXALİFƏTİN ƏMƏLLƏRİNİN QARŞISINI ALMAĞA QADİRDİR
O demişdir: “Əvvəla, Gürcüstanda və Ukraynada siyasi elitanın dəyişməsində maraqlı olan xarici qüvvələrin, ilk növbədə, Qərbin və Birləşmiş Ştatların Azərbaycanda dövlətin sabitliyi ilə risk etmək istədikləri ağlabatan deyildir. Zəngin neft və qaz məmləkəti olan Azərbaycan ABŞ üçün son dərəcə vacibdir, ona görə, əgər məsələ qəti şəkildə qoyularsa ki, ya Azərbaycanda Prezident Əliyevlə birlikdə sabitlik, yaxud qeyri-sabitlik və yeni qüvvələrin hakimiyyətə gəlməsi, bu halda amerikalıların cavabı çox ehtiyatlı olacaq və bu, artıq nümayiş etdirilmişdir. ABŞ Azərbaycanda vəziyyətin qeyri-sabit olmasında əsla maraqlı deyildir.”
K.Zatulin vurğulamışdır ki, seçkilərdən sonrakı hadisələrə ciddi təsir edə biləcək yeganə amil irimiqyaslı qeyri-sabitlikdir ki, bu da böyük toqquşmalar nəticəsində mümkündür. Azərbaycanda əvvəllər də baş tutmuş və baş tutmamış çevriliş cəhdləri olmuşdu və bunlar indi belə inqilabların, çevrilişlərin təkrarlanmasına qarşı bir növ sipərdir. Əliyevin özü isə hakimiyyət və idarəetmə vasitələrinə artıq dərindən yiyələnmişdir və müxalifətin hər cür pozuculuq hərəkətlərinin qarşısını almağa qadirdir.
Deputatın sözlərinə görə, ümumiyyətlə, seçkilərin nəticələri gözlənildiyi kimi oldu, bunu müşahidəçilər hələ əvvəlcədən söyləmişdilər. Bu nəticələr iqtidara qəti tədbirlərə əl atmamaq üçün kifayət qədər möhkəm əsas verir.
MDB Ölkələri İnstitutunun direktoru sonda demişdir: “İndi Azərbaycanda vəziyyət sabitdir və bu, müxalifətdən savayı, daxildə də, xaricdə də hamını - kimini çox, kimini az təmin edir.