Konstitusiya Günündə ölkə ərazisində hava əsasən yağmursuz olacaq
Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycanda noyabrın 12-nə - Konstitusiya Gününə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində çiskin olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13°, gündüz 15-18° isti, Bakıda gecə 11-13°, gündüz 15-17° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə duman, çiskin olacağı ehtimalı var. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 7-11°, gündüz 15-19° isti, dağlarda 0-5°, gündüz 6-11° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 1-6°, gündüz 13-18° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5°, gündüz 6-11° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 6-11°, gündüz 14-18° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 5-10°, gündüz 12-16° isti, dağlarda gecə 0-5°, gündüz 5-10° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimalı var. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 7-11°, gündüz 15-19° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Səhər dağlarda duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 10-12°, gündüz 15-18° isti, dağlarda gecə 3-7°, gündüz 8-13° isti olacağı gözlənilir.