Azərbaycan Dövlət İnformasiya Agentliyi

Könüllü icra olunmayan öhdəliyin tərs alternativi də mövcuddur

Könüllü icra olunmayan öhdəliyin tərs alternativi də mövcuddur

Bakı, 8 oktyabr, AZƏRTAC

Oktyabrın 6-da Praqa şəhərində keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı bir çox cəhətlərinə görə diqqət mərkəzindədir. Əvvəla, xeyli vaxtdır ki, Avropa ölkələrindən bəzilərinin dövlət və hökumət başçıları siyasi münasibətlərin yeni formatda əlaqələndirilməsi təşəbbüsü ilə çıxış edirlər. Dünya nizamının təhlükəsizliyinə yaranan qlobal təhdidlər fonunda Avropanın siyasi isteblişmentində belə bir rəy möhkəmlənir ki, qitənin təhlükəsizliyinin daha etibarlı şəkildə qorunması başqa siyasi platformalara zəmin yaradır. Bu rəyin güclənməsi həm də ondan irəli gəlir ki, artıq mövcud olan beynəlxalq platformalar bəzən zəmanənin çağırışları ilə ayaqlaşmaqda çətinlik çəkirlər. Çünki ayrı-ayrı dövlətlərin həmin qurumlardakı siyasi inhisarçılıq və dominantlıq həvəsi təsirli qərarların vaxtında qəbul edilməsinə mane olur. Prezident İlham Əliyevin BMT-də zəruri islahatların aparılması ilə bağlı təşəbbüsü, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür” bəyanatı məhz bu siyasi reallıqdan irəli gəlir. Digər reallıq ondan ibarətdir ki, Breksitdən sonra Avropanın siyasi məkanında yeni əlaqələndirmə platformalarına daha çox ehtiyac duyulur. “Avropa siyasi birliyi” Zirvə Toplantısında Böyük Britaniyanın Baş nazir səviyyəsində təmsil olunması həm də onun göstəricisidir ki, qitə ölkələri arasında siyasi əlaqələndirmənin dərinləşməsi günün tələbidir. Bunu Avropanın təhlükəsizliyi, o cümlədən enerji, qida və iqlim təhlükəsizliyi, eləcə də miqrasiya və hərəkətlilik məsələlərinin daha operativ şəkildə tənzimlənməsi diktə edir. Başqa sözlə, Avropanın təhlükəsizliyinə aqressiv təhdidlərin zərərsizləşdirilməsi ilə yanaşı, ümumi rifahın açarı olan iqtisadi təhlükəsizliyin etibarlı şəkildə qorunması da bunu tələb edir. Zirvə Toplantısında 44 ölkənin dövlət və hökumət başçısının iştirakı həm də bu zərurətdən irəli gəlirdi.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə bu mötəbər tədbirdə iştirakı onun göstəricisidir ki, ölkəmiz Avropa ailəsinin üzvü hesab olunur, Azərbaycan isə, öz növbəsində, Avropaya daha sıx inteqrasiyada və bərabərhüquqlu təmsilçilikdə maraqlı olduğunu nümayiş etdirir. Bu cür siyasi əlaqələndirmə platformaları imkan verir ki, iştirakçı ölkələrin aktual məsələlərə bağlı mövqeyi tərəfdaşların diqqətinə təhrif olunmadan çatdırılsın. Dövlətimizin başçısı Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda keçirilən dəyirmi masadakı çıxışında məhz bu səbəbdən vurğuladı ki, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn, xüsusilə ərazi bütövlüyünün toxunulmazlığı prinsipinin gözlənilməsi və bu prinsipin üstün hüquqi qüvvəsinin hamılıqla qəbul olunması əsas şərtdir. Prezident onun da altını cızdı ki, bu prinsipə münasibətdə selektiv yanaşma yolverilməzdir, çünki dünya nizamına artan təhdidlər həm də bundan qaynaqlanır.

Ülvi Quliyev qeyd edib ki, Zirvə Toplantısında diqqət çəkən önəmli məqamlardan biri də iki qardaş ölkənin-Azərbaycan və Türkiyə prezidentlərinin birliyini, qarşılıqlı etimad və etibarını ehtiva edən səmimi davranış tərzi idi. Heç şübhəsiz ki, bu tərz bədxahlarımızın və siyasi qısqancların diqqətindən də yayınmırdı. Zirvə Toplantısı bir daha göstərdi ki, ötən illər ərzində ölkələrimizin üzləşdiyi ayrı-seçkiliyə, ikili standartlara və uydurulmuş fobiyalara rəğmən, bu tədbirdə həm də türk dünyasını təmsil edən Azərbaycan və Türkiyə dövlət başçıları yalnız yerləşdiyimiz coğrafiyada deyil, bütövlükdə dünyada sülhün və əmin-amanlığın, qarşılıqlı şəkildə faydalı və bərabərhüquqlu əməkdaşlığın, dinc birgəyaşayışın və mehriban qonşuluğun tərəfdarıdır.

Dövlətimizin başçısı tədbir çərçivəsində verdiyi bəyanat və açıqlamaları ilə növbəti dəfə təsdiq etdi ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə sadiqdir, etibarlı tərəfdaş statusu onun siyasi renomesinin ayrılmaz tərkib hissəsidir. Cənab Prezident bu məqamı oktyabrın 6-da Praqada ölkəmizin televiziya kanallarına verdiyi müsahibədə xüsusi qeyd etdi: “Əgər belə demək mümkündürsə, tale elə gətirdi ki, bizim bütün layihələrimiz hazır olan vaxtda Avropada qaza olan tələbat daha da artdı...Ona görə Avropa İttifaqı ilə imzalanmış Memoranduma əsasən növbəti illərdə biz Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırırıq. Yəni, əgər keçən il bu, 9 milyard kubmetr idisə, deməli, 2027-ci ildə bu, ən azı 18 milyard kubmetr olacaq, bəlkə də çox... Ona görə Azərbaycan Avropa üçün və təkcə Avropa üçün yox, dünya üçün çox önəmli, strateji enerji tərəfdaşı olacaqdır”.

Vurğulanıb ki, Prezident İlham Əliyev Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı ölkəmizin irəli sürdüyü təşəbbüsə sadiq olduğunu bir daha bəyan etdi. Dövlətimizin başçısı növbəti dəfə vurğuladı ki, Azərbaycanın təklif etdiyi beş təməl prinsipi beynəlxalq hüquqa və dövlətlər arasında normal münasibətləri tənzimləyən ümumi normalara söykənir. Prezidentin qabartdığı məsələlərdən biri də onunla bağlı oldu ki, zaman ötdükcə ölkəmizin haqlı mövqeyi daha çox anlayışla qarşılanır. Prezident İlham Əliyevin növbəti açıqlaması Azərbaycanın tarixi Zəfəri sayəsində regionda yaratdığı yeni reallığın dünya ölkələri tərəfindən qəbullanma tendensiyasının güclənməsindən xəbər verir: “Çünki bir şeyi artıq bütün dünya ictimaiyyəti açıq dərk edir ki, Qarabağ Azərbaycandır!.. Bu gün dünya birliyi bu həqiqəti artıq nəinki dərk edir, həm də bunu tələffüz edir... Deməliyəm ki, bizim tərəfdən elan edilən beş prinsiplə bağlı heç kimin-nə erməni tərəfinin, nə də Avropa İttifaqının heç bir sualı yoxdur. Bu gün Fransa Prezidenti ilə görüş zamanı mən gördüm ki, bu beş prinsip qəbul edilir”.

Dövlətimizin başçısı, hər zaman olduğu kimi, bu müsahibəsində də həm Ermənistana, həm də ona havadarlıq edənlərə zəruri mesajlarından birini verdi: “Qarabağda yaşayan ermənilər, -mən bunu dünən Ağdamda demişəm, -bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən Ermənistanla... Əgər kim hesab edirsə ki, onlara Azərbaycan vətəndaşı kimi yaşamaq lazımdır, fikrimcə, onlar peşman olmayacaqlar. Amma əgər bu, hansı səbəblərdən kiməsə münasib deyilsə, onlar özləri üçün başqa yaşayış yeri seçə bilərlər”.

Azərbaycan, Fransa, Avropa İttifaqı Şurası və Ermənistan liderlərinin beş saatdan artıq davam edən dördtərəfli görüşündən sonra verilən Bəyanat göstərir ki, Ermənistan, nəhayət, daşı ətəyindən töküb ölkəmizin ərazi bütövlüyünü və bu ərazilər üzərindəki suveren haqqını tanımaqdan başqa çıxış yolunun olmadığını anlamağa başlayır. Bu, son 34 ildə Ermənistanın ölkəmizə qarşı ardıcıl surətdə həyata keçirdiyi ərazi iddiası siyasətindən imtina mövqeyinə tədricən yaxınlaşdığını göstərir, sülh müqaviləsinin xoşluqla imzalanacağına müəyyən ümidlər yaradır. Şübhə doğurmayan isə odur ki, Ermənistan rəhbərliyi gec-tez Zəngəzur dəhlizinin açılması ilə bağlı 2020-ci il noyabrın 10-da üzərinə götürdüyü öhdəliyin icrasından, nə qədər çalışsa da, yayına bilməyəcək. O da şübhəsizdir ki, Prezident İlham Əliyevin bu açıqlaması istər Ermənistanın siyasi-hərbi rəhbərliyini, istərsə də onun himayədarlarını daha məsuliyyətli davranmağa sövq edəcək. Dövlətimizin başçısı müsahibədə bu fikri də səsləndirdi: “Bizə Naxçıvana könüllü olaraq keçid verilməməsi anlaşılan deyil... Əminəm, biz buna da nail olacağıq, yaxşı olardı ki, gec deyil, tez olsun”.

“Maraqlıdır ki, dillərimiz fərqli olsa da, dünyanın “ən qədim” milləti qrammatikanın ümumi qaydalarını dəyişməyə nail ola bilməyib. Buna görə, Ermənistanda da yaxşı bilirlər ki, “könüllü” sözünün antonimi “məcburi” anlamına gəlir. Ermənistan 27 il ərzində min cür oyunla BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsini xoşluqla icra etməkdən boyun qaçırdı. Keçmiş vasitəçilər onun bu oyunlarına göz yumsalar da, bəzi havadarları Ermənistanı destruktiv hərəkətlərə şirnikləndirsələr də, nəticə göz qabağındadır. Ermənistan savaş meydanında məğlub olduqdan sonra həmin qətnamələri icra etməyə məcbur oldu. Birisi öhdəliklərini könüllü şəkildə yerinə yetirmək istəmirsə, bilməlidir ki, bunun tərs alternativi də var. Amma yaxşı olardı ki, hər şey könüllü olsun. Hadisələr göstərir ki, məcburi-könüllü addımlar Ermənistana, onun daxili siyasi həyatına və hələ də miflərlə yaşayan siyasi camiyəsinə yaxşı heç nə vəd etmir. Yaxşını qoya-qoya, pis seçimə-daha böyük faciələrə meyillənmək, özünəqəsddən başqa bir şey deyil. Siyasi dillə desək, səmərəsiz, sadə dildə isə ağılsız seçim deməkdir”, - deyə deputat əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır