Koronavirusla bağlı monitorinqlər zamanı 23 müəssisədə nöqsanlar aşkarlanıb
Bakı, 20 mart, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş yeni növ koronavirusun profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində martın 19-da ölkə üzrə 354 ictimai iaşə obyektində 606 monitorinq aparılıb.
Monitorinqlər zamanı 23 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkar olunmuş nöqsanlarla əlaqədar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:28]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [19:29]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [18:53]