Koronavirusun “omikron” ştamı dünyanın 20 ölkəsinə və regionuna yayılıb
Bakı, 30 noyabr, AZƏRTAC
Koronavirus infeksiyasının “omikron” ştamı dünyanın 20 ölkəsində və regionunda qeydə alınıb və bu ştama yoluxma hallarının sayı artmağa davam edir.
AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, son 24 saat ərzində İspaniyada, Avstriyada, Yaponiyada, həmçinin Fransanın xarici regionu olan Reunion adasında “omikron” ştamına ilk yoluxma halları qeydə alınıb. Bundan öncə isə bu ştam Avstraliya, Belçika, Botsvana, Kanada, Çexiya, Danimarka, Almaniya, İsrail, İtaliya, Hollandiya, Portuqaliya, Cənubi Afrika Respublikası, İsveç, Böyük Britaniya və Çinin Honkonq regionunda aşkar edilmişdi.
Ümumdünya Səhiyyə Təşkilatının hesabatında daha yoluxucu mutasiyalar səbəbindən “omikron” ştamının dünyada sürətlə yayılma ehtimalının yüksək olduğu deyilir. Həmçinin təşkilat yeni ştamla bağlı qlobal riskin son dərəcə yüksək olduğu barədə xəbərdarlıq edir.
Qeyd edək ki, “omikron” ştamı ilk dəfə cari ilin noyabr ayında Afrikanın cənubunda aşkarlanıb. Mütəxəssislərin fikrincə, o, pandemiya dövrü ərzində alimlərin müəyyən etdiyi digər ştamlara nisbətən daha sürətlə yayıldığı və çox sayda mutasiyaya malik olduğu üçün təhlükə yarada bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [13:00]
Rafael Qrossi İran və ABŞ arasında memorandumun imzalanmasını alqışlayıb
- 18.06.2026 [12:58]
Avropa İttifaqında qeyri-qanuni miqrantlarla bağlı yeni qaydalar təsdiqlənib
- 18.06.2026 [12:51]
Ceff Bezos: Süni intellekt kadr çatışmazlığına səbəb olacaq
- 18.06.2026 [12:49]
Litva hökuməti iyunun 23-də istefa verəcək
- 18.06.2026 [12:30]
Fransa və Almaniyanın birgə müdafiə qrupu yeni tanklar təqdim edib
- 18.06.2026 [12:07]
Mark Rütte: NATO ABŞ-nin alyansda iştirakını azaldacağını nəzərə almalıdır
- 18.06.2026 [12:04]