KORSİKA SAKİNLƏRİ MÜSƏLMANLARA QARŞI ZORAKILIQ HALLARINI PİSLƏYİRLƏR
Korsikada müsəlmanlara qarşı zorakılıq halları davam edir. AZƏRTAC-ın müxbiri xəbər verir ki, şənbə günü adada yaşayan müsəlmanlara məxsus onlarca minik maşını yandırılmış və yaxud daşa basılaraq əzilmişdir.
Adanın cənubundakı Sarten şəhərinin 400 nəfər sakini nümayişə çıxaraq, son vaxtlar müsəlmanlar əleyhinə törədilən zorakılıq hərəkətlərini pisləmiş və bunlara son qoyulmasını tələb etmişdir.
Ayrı-seçkiliyə qarşı mübarizə məqsədi ilə adada “Qardaşlıq həftəsi”nin keçirilməsi qərara alınmışdır. Dekabrın 13-18-də müsəlmanlarla həmrəylik münasibətilə keçiriləcək tədbirdə adanın 53 kollec və liseyinin şagird və müəllim kollektivi iştirak edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]