Kral Çarlzın qardaşı Endryu polis bölməsindən buraxılıb
London, 19 fevral, AZƏRTAC
Böyük Britaniya Kralı Çarlzın qardaşı Endryu fevralın 19-da səhər saatlarında saxlanıldıqdan sonra polis bölməsindən buraxılıb.
AZƏRTAC xəbər verir ki, o, dövlət vəzifəsində sui-istifadə şübhəsi ilə saxlanılmışdı. Bu gün 66 yaşı tamam olan Endryu Mountbatten Vindzor Norfolk qraflığındakı Sandrinqem malikanəsində saxlanılıb. Hüquq-mühafizə orqanları onun Böyük Britaniyanın ticarət nümayəndəsi vəzifəsində çalışdığı dövrdə məhkum olunmuş uşaq istismarı cinayətkarı Ceffri Epşteynlə əlaqələri və ona həssas məlumatlar ötürməsi iddiaları fonunda araşdırmaya başlayıb.
Araşdırma ABŞ Ədliyyə Nazirliyi tərəfindən “Epşteyn sənədləri” adlandırılan materiallar çərçivəsində yeni elektron məktubların açıqlanmasından sonra başlayıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [14:24]
İtaliyada hökumət əleyhinə etiraz dalğalarının yeni dalğası başlayıb
- 30.10.2026 [13:24]
Dördüncü aydır dünya bazarında neftin qiyməti artmaqda davam edir
- 30.10.2026 [13:17]
“Gazprom”: Avropada qazın qiyməti 2500 dollara yüksələ bilər
- 30.10.2026 [13:08]
Efiopiyada PUA hücumu nəticəsində 16 nəfər həlak olub
- 30.10.2026 [12:46]