Kreml Ermənistanı və Azərbaycanı atəşkəs rejiminə riayət etməyə çağırır
Moskva, 14 iyul, AZƏRTAC
Biz Ermənistan-Azərbaycan sərhədində baş verən atışmalarla bağlı çox narahatıq. Biz hər iki tərəfi təmkinli olmağa və atəşkəs rejimi çərçivəsində üzərlərinə götürdükləri öhdəliklərə riayət etməyə çağırırıq.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
“Biz bu barədə artıq müxtəlif səviyyələrdə bəyan etmişik ki, Rusiya Minsk qrupunun həmsədri olaraq, münaqişənin nizamlanması üçün vasitəçilik səyləri göstərməyə hazırdır. Siz bilirsiniz ki, Xarici İşlər naziri Sergey Lavrovun Bakı və Yerevandan olan həmkarları ilə müntəzəm telefon əlaqələri olub. Buna görə bir daha hər iki tərəfi təmkinli olmağa çağırırıq”, - deyə D.Peskov əlavə edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]