Kriştianu Ronaldu FIFA mükafatının təqdimetmə mərasiminə gəlməyəcək
Bakı, 24 sentyabr, AZƏRTAC
“Yuventus” futbol klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu FIFA mükafatının təqdimetmə mərasiminə gəlməyəcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Ronaldunun mərasimə gəlməməsi sırf idman səbəbi ilə əlaqədardır. Belə ki, sentyabrın 23-də “Frozinone” klubu (2:0) ilə qarşılaşan “Yuventus” sentyabrın 26-da növbəti turda “Boloniya” ilə üz-üzə gələcək.
Qeyd edək ki, FIFA-nın “The Best” mükafatının təqdimetmə mərasimi bu gün Londonda baş tutacaq. 2018-ci ilin ən yaxşı futbolçusu adına namizədlərin siyahısına Ronaldudan başqa, Xorvatiya millisinin və “Real” klubunun yarımmüdafiəçisi Luka Modriç, həmçinin “Liverpul” komandasının misirli hücumçusu Məhəmməd Salah da daxil edilib.
“Barselona”nın argentinalı hücumçusu Lionel Messi də FIFA-nın 2018-ci il üçün mükafatlarının təqdimatı mərasimində iştirak etməkdən boyun qaçırıb. İlin oyunçusu nominantları sırasında olmayan Messi ən yaxşı qolun müəllifi adına namizəddir. Onun mərasimdə iştirak etməməsinin şəxsi səbəblərlə bağlı olduğu bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]