“Kukesi” klubun prezidenti futbolçulara vəd etdiyi mükafatı verib
Bakı, 30 iyul, AZƏRTAC
“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan “Kukesi” klubunun prezidenti Safet Qyiçi futbolçulara “Valletta” ilə oyunlardan əvvəl vəd etdiyi 100 min avroluq mükafatı verib.
AZƏRTAC xəbər verir ki, təmsilçimizlə matçdan (0:0) sonra komandanın çıxışından razı qalan prezident vədinə əməl edib.
“Qarabağ”la avqustun 1-də keçiriləcək cavab görüşü öncəsi S.Qyiçinin bu addımı komandada əhval-ruhiyyəni yüksəldib. Hətta o, futbolçulara yeni mükafat da söz verib. Əgər “Kukesi” “Qarabağ”ı keçsə, oyunçular boş kağıza istədikləri məbləği yazacaqlar. Bu məbləğin isə əvvəlkindən çox olacağı gözlənilir. Çünki albanlar “Qarabağ”ı “Valletta”dan daha ciddi rəqib hesab edirlər.
“Qarabağ”-“Kukesi” oyunu avqustun 1-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]