Kür çayının aşağı axınında suyun səviyyəsi azalıb
Bakı, 1 may, AZƏRTAC
Mayın 1-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, suyun səviyyəsində Kür çayının Surra məntəqəsində 41, Şirvanda 32, Salyanda 27, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində isə 15 sm azalma qeydə alınıb. Həmçinin Qanıx çayının Əyriçay məntəqəsində də suyun səviyyəsinin 5 sm azaldığı müəyyən edilib.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-90, Kiçik Qafqazın çaylarında 30-90, Lənkəran-Astara bölgəsi çaylarında 10-60, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]