Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub
Bakı, 8 may, AZƏRTAC
Mayın 8-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 36, Şirvanda 34, Salyanda 45, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində isə 90 santimetr artım qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, hazırda suyun səviyyəsi Surrada 410, Şirvanda 211, Salyanda 150, Bankədə 175, Novruzlu məntəqəsində isə 138 santimetrdir. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-90, Kiçik Qafqazın çaylarında 30-100, Lənkəran-Astara bölgəsi çaylarında 10-60, Naxçıvan Muxtar Respublikası çaylarında isə 10 faizini təşkil edib.
Suyun səviyyəsinin Kür çayının Qıraqkəsəmən məntəqəsində 10, Qanıx çayının Əyriçay məntəqəsində isə 36 santimetr azaldığı müəyyən edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]