Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım qeydə alınmışdır
Bakı, 7 fevral (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti fevralın 7-də çayların sululuğu ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmanın nəticələrinə əsasən, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-210, Kiçik Qafqazın çaylarında 120-210, Lənkəran-Astara bölgəsi çaylarında 30-60, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil etmişdir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi saniyədə 121 kubmetrdir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsinin 2 santimetr azaldığı, su sərfinin saniyədə 60 kubmetr olduğu müəyyən edilmişdir.
Kür çayının aşağı axınında isə suyun səviyyəsində əsasən artım qeydə alınmışdır.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 443, Şirvanda 322, Salyanda 280, Bankədə 246, Araz çayının Novruzlu məntəqəsində isə 210 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]