Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 11 santimetr artıb
Bakı, 23 may, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-60, Kiçik Qafqazın çaylarında 90-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-70 faizini təşkil edir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Mayın 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 345 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 3 santimetr artım qeydə alınıb. Bu məntəqədə su sərfi saniyədə 170 kubmetr olub. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 5 santimetr azalıb.
Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müəyyən edilməyib.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 372, Salyanda 188, Bankədə 182, Novruzlu məntəqəsində isə 75 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]