Kür çayının Qıraqkəsəmən və Şirvan məntəqələrində suyun səviyyəsi 8 santimetr artıb
Bakı, 22 dekabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-140, Kiçik Qafqazın çaylarında 120-170, Lənkəran-Astara bölgəsi çaylarında 110-120, Naxçıvan Muxtar Respublikası çaylarında isə 160 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, dekabrın 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 157 kubmetr olmaqla ongünlük normanın 108 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 161 kubmetr olmaqla ongünlük normanın 110 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 50 kubmetr olmaqla ongünlük normanın 69 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 70 kubmetr təşkil edərək ongünlük normanın 96 faizinə bərabər olub.
Dekabrın 22-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra, Bankə məntəqələrində və Araz çayının Novruzlu məntəqəsində 1, Şirvanda 8 santimetr artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 385 (2016-cı il dekabrın 22-də 508 sm), Şirvanda 259, (2016-cı il dekabrın 22-də 377 sm), Salyanda 219 (2016-cı il dekabrın 22-də 349 sm), Bankədə 207 (2016-cı il dekabrın 22-də 257 sm), Araz çayının Novruzlu məntəqəsində isə 123 santimetr (2016-cı il dekabrın 22-də 225 sm) təşkil edir.