Kür çayının Salyan məntəqəsində suyun səviyyəsi 17 santimetr artıb
Bakı, 11 dekabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-150, Kiçik Qafqazın çaylarında 50-110, Lənkəran-Astara zonası çaylarında 80-170, Naxçıvan Muxtar Respublikası çaylarında isə 160 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, dekabrın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 163 kubmetr olmaqla ongünlük normanın 104 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 190 kubmetr olmaqla ongünlük normanın 122 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 39,5 kubmetr olmaqla ongünlük normanın 52 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 79 kubmetr təşkil edərək ongünlük normanın 105 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 14, Salyanda 17, Bankədə 4 santimetr artım, Surrada 3, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 389 (2016-cı il dekabrın 11-də 465 sm), Şirvanda 267, Salyanda 231 (2016-cı il dekabrın 11-də 310 sm), Bankədə 202 (2016-cı il dekabrın 11-də 229 sm), Araz çayının Novruzlu məntəqəsində isə 108 santimetr (2016-cı il dekabrın 11-də 180 sm) təşkil edir.