KÜR VƏ ARAZ ÇAYLARI İMİŞLİDƏ DƏ FƏSADLAR YARATMIŞDIR
İmişli, 16 aprel (AZƏRTAC). Son bir ay ərzində Kür və Araz çaylarında suyun səviyyəsinin 1,2-1,3 metrədək qalxması İmişli rayonunda qrunt sularının yer səthinə çıxaraq 100-ə yaxın həyəti basmasına, 1 məktəbin və 1 uşaq bağçasının qəza vəziyyətinə düşməsinə səbəb olmuşdur.
İmişli şəhərinin Araz boyu məhəllələri, Kürboyu Allahmədətli, Oruclu, Məmmədli və Telişli kəndlərində ekoloji gərginlik daha çox olmuşdur.
Fövqəladə Hallar Nazirliyinin mobil qüvvəsi hadisə yerinə gələrək az müddətdə 40-a yaxın həyətin suyunu çəkərək kənara axıtmışdır. "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin yerli struktur bölmələri sahil bəndlərinin gücləndirilməsini davam etdirirlər. Rayon Fövqəladə Hallar Komissiyası idarə və müəssisələrin imkanlarını ekoloji gərginliyin ən qısa müddətdə aradan qaldırılmasına səfərbərliyə almışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]