Kür və Araz çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanmışdır
Bakı, 13 iyul (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədi ilə iyul ayının birinci ongünlüyü üçün keçirdiyi monitorinqlərin nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Kür çayında su sərfi iyun ayının üçüncü ongünlüyünə nisbətən 139 kubmetr/saniyə azalaraq 226 kubmetr/saniyə təşkil etmişdir. Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən axıdılan məişət tullantıları və çirkab suların təsiri nəticəsində çayda biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Şıxlı-2, Ağstafaçay məntəqələrində və Ağstafaçay su anbarında fenollar 3, mis birləşmələri 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Araz çayının Horadiz, Birinci Şahsevən və Bəhrəmtəpə məntəqələrində də bu maddələr YVQH-ni ötmüşdür.
Suyun oksigen rejimi bütün məntəqələrdə sanitar norma daxilində dəyişmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]