Kür və Araz çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanmışdır
Bakı, 21 sentyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədi ilə sentyabr ayının ikinci ongünlüyü üçün növbəti monitorinq keçirmişdir.
ETSN-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayında su sərfi sentyabrın birinci ongünlüyünə nisbətən saniyədə 31,2 kubmetr azalaraq saniyədə 93,8 kubmetr təşkil etmişdir. Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən axıdılan məişət tullantıları və çirkab sularının təsiri nəticəsində çayın aşağı axınındakı məntəqələrdə biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur.
Məlum olmuşdur ki, Araz çayının Horadiz, Birinci Şahsevən və Bəhrəmtəpə məntəqələrində də suyun əsas çirkləndiriciləri fenollar və mis birləşmələri yol verilən qatılıq həddini keçmişdir.
Suyun oksigen rejimi isə hər iki çayın bütün məntəqələrində sanitar norma daxilində dəyişmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]