Kür və Araz çaylarında suyun səviyyəsində artım qeydə alınıb
Bakı, 15 may, AZƏRTAC
Mayın 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 643 kubmetrdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsi 5 santimetr qalxıb. Bu məntəqədə su sərfi saniyədə 334 kubmetr təşkil edir.
Kür çayının aşağı axınında və Araz çayının Novruzlu məntəqəsində də suyun səviyyəsində əsasən artım qeydə alınıb.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə-Surrada 468, Şirvanda 299, Salyanda 253, Bankədə 217, Novruzlu məntəqəsində isə 233 santimetr təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]