İDMAN
KXDR VƏ KOREYA RESPUBLİKASI AFİNA OLİMPİADASINDA VAHİD KOMANDA İLƏ ÇIXIŞ EDƏCƏKLƏR
Koreya Xalq Demokratik Respublikası və Koreya Respublikası gələn il Afinada keçiriləcək yay Olimpiya oyunlarına vahid komanda ilə çıxacaqlar. Bu barədə razılıq Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Kim Un Yun ilə BOK-un KXDR-dən olan üzvü Çan On arasında Cənubi Koreyanın Tequ şəhərində keçirilən görüşdə əldə edilmişdir. Xatırladaq ki, avqustun 21-də bu şəhərdə Dünya tələbə oyunları - Universiada-2003 start götürür.
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Yun və On olimpiada ərəfəsində iki ölkənin taekvondoçuları arasında mübadilələrin inkişaf etdirilməsi ilə məşğul olacaq İşçi komitəsi yaradılması barədə də razılığa gəlmişlər.
Xatırladaq ki, Kim Un Yun Cənubi Koreya Milli Olimpiya Komitəsinə və Dünya Taekvondo Federasiyasına, onun Şimali koreyalı həmkarı Çan On isə Beynəlxalq Taekvondo Federasiyasına başçılıq edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [21:44]
Həndbol üzrə Azərbaycan kubokunun oyunlarına start verilir
- 21.05.2024 [19:28]
Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub
- 21.05.2024 [18:56]
Azərbaycan güləşçisi Bakıda Avropa çempionu olub
- 21.05.2024 [18:03]
Azərbaycanın daha 2 güləşçisi Bakıdakı Avropa çempionatında finala yüksəlib
- 21.05.2024 [17:53]
Peşəkar Çövkən Liqasına 2 oyunla start verilib
- 21.05.2024 [16:58]
Azərbaycan minifutbol üzrə dünya çempionatına ev sahibliyi edəcək
- 21.05.2024 [16:43]
“Avro-2024”: Ronaldu Portuqaliya millisinin yekun heyətinə cəlb edilib
- 21.05.2024 [15:10]