La Liqa: lider “Barselona” səfər matçında qələbə qazanıb
Bakı, 27 yanvar, AZƏRTAC
İspaniya La Liqasında 21-cü turun növbəti oyunları keçirilir.
AZƏRTAC xəbər verir ki, çempionatın lideri “Barselona” səfər matçında “Girona” klubuna 2:0 hesabı ilə qalib gəlib. Topları rəqib qapısından Nelson Semedo və Lionel Messi keçirib. Bombardirlər siyahısına başçılıq edən Messinin hesabında hazırda 19 qol var.
Bu qələbə sayəsində “Barselona” xallarının sayını 49-a çatıb. Katalonların ən yaxın izləyicisi “Atletiko Madrid” klubu liderdən beş xal geri qalır.
Bu axşam turun daha üç qarşılaşması oynanılacaq. Turnir cədvəlinin ilk beşliyində yer alan “Real Madrid” səfər matçında “Espanyol” klubu ilə qarşılaşacaq. Madrid klubu 20 oyundan 36 xal toplayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]