La Liqa: Madrid derbisində qalib müəyyənləşməyib
Bakı, 8 aprel, AZƏRTAC
İspaniya çempionatının 31-ci turu çərçivəsində bir sıra oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, turun maraqla gözlənilən oyunu Madrid derbisi olub. “Real” və “Atletiko” komandaları arasında keçirilən oyunda heç-heçə qeydə alınıb - 1:1.
Meydan sahiblərinin heyətində Kriştiano Ronaldo, qonaqların isə Antuan Qrizman fərqlənib.
Qeyd edək, Kriştiano Ronaldo bu oyunda karyerasında 650-ci qoluna imza atıb.
Lider “Barselona” doğma meydanda “Leqanes”i 3:1 hesabı ilə məğlub edib. Lionel Messinin het-trik etdiyi görüşdə kataloniyalılar məğlubiyyətsizlik seriyasını davam etdiriblər.
Qeyd edək ki, tura “Real Sosyedad” - “Jirona”, “Valensiya” - “Espanyol”, və “Vilyareal”-“Atletik Bilbao” oyunlarından sonra yekun vurulacaq.