Lahıc yolunda torpaq uçqunu olub, yol bağlanıb VİDEO
İsmayıllı, 8 aprel, AZƏRTAC
İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində torpaq uçqunu baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hündür dağlardan gələn torpaq və qaya parçaları avtomobil yoluna tökülüb, nəqliyyat vasitələrinin hərəkəti dayanıb. Bir neçə saatdır ki, avtomobillərin Lahıc, Sərdahar, Müdrüsə, Əhən, Burovdal, Vaşa, Yuxarı Zərnava, Namazgah, Güyüm kəndlərinə gediş-gəlişi dayanıb.
Hazırda yolun açılması üçün ərazidə 5 saylı “Xüsusi təyinatlı yol istismarı” MMC-nin işçi qüvvəsi və ağır texnikaları işləyir.