Laqodexi-Bakurtsixe-Tbilisi avtomobil yolu bağlanıb
Tbilisi, 6 may, AZƏRTAC
Gürcüstanda beynəlxalq əhəmiyyətli Laqodexi-Bakurtsixe-Tbilisi avtomobil yolu bağlanıb.
AZƏRTAC xəbər verir ki, buna ölkə ərazisində yağan güclü leysan yağışları nəticəsində Alazani çayının daşaraq məcrasından çıxması səbəb olub.
Gürcüstan Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamentinin yaydığı məlumata görə, Alazani çayı məcrasından çıxıb və yolun bir hissəsi tamamilə su altında qalıb.
Departamentdən bildiriblər ki, avtomobillərin hərəkəti Qurcaani-Çabukiani-Apeni yolu ilə həyata keçiriləcək.
Qeyd edək ki, bu yol Azərbaycandan Gürcüstana istiqamətində ikinci əsas avtomobil magistralıdır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]