Latviya “Şərq tərəfdaşlığı” dövlətlərində yeni “rusdilli telekanalın” yaradılması məsələsini qaldıracaq
Riqa, 14 yanvar, AZƏRTAC
Böyük Britaniya, Danimarka, Litva və Estoniyanın xarici işlər nazirləri Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogeriniyə Aİ üzv ölkələrinin XİN rəhbərlərinin yanvarın 19-da keçiriləcək görüşündə strateji kommunikasiyaların Aİ-nin daxilində olduğu kimi, xaricində də möhkəmləndirilməsinin müzakirə edilməsi üçün birgə məktub göndəriblər. Bu məsələdə “rusdilli telekanalın” yaradılması xüsusilə önə çəkilir.
Məktubda “Aİ-nin daxilində və xaricində yaşayan Rusiya azlığı üçün əyləncə proqramları və xəbərlər yaya biləcək rusdilli kanalın” təsis edilməsi təklifi ifadə olunub.
Bundan başqa, gözlənilir ki, Aİ Şurasına sədrlik edən Latviya, XİN rəhbərlərinin yeni ildə keçiriləcək ilk görüşündə “Şərq tərəfdaşlığı”, xüsusilə Azərbaycan və Aİ ölkələrinin rusdilli auditoriyası üçün yayımın təşkili məqsədilə yeni televiziya kanalının yaradılması məsələsini birinci qaldıracaq.
Nigar Cəfərli
AZƏRTAC -ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.08.2026 [22:35]
Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib
- 06.08.2026 [13:04]