Latviyada qeydiyyatdan keçməyən Rusiya avtomobilləri müsadirə ediləcək
Bakı, 15 fevral, AZƏRTAC
Fevralın 14-dək Latviyada qeydiyyata düşməyən Rusiya dövlət nömrə nişanlı avtomobillər müsadirə ediləcək.
AZƏRTAC xəbər verir ki, Latviyada avtomobilləri qeydiyyatdan keçmək üçün belə bir sıra meyarlar, o cümlədən Avropa İttifaqı standartlarına uyğunluq sertifikatı tələb olunur.
Müvafiq qərar 2023-cü ildə Latviya Seymi (parlamenti) tərəfindən qəbul edilib. Noyabrın 2-də respublika parlamenti Rusiya avtomobillərinin fevralın 14-dək Latviyada yenidən qeydiyyatdan keçməli olduğu barədə qanun layihəsini dəstəkləyib. Bu müddət bitdikdən sonra həmin avtomobillər müsadirə edilərək Ukraynaya veriləcək. Eyni zamanda, Latviyada qeydiyyatda olmayan Rusiya avtomobilindən icazəsiz istifadəyə görə 750-2000 avro məbləğində cərimə tətbiq olunacaq.
Qərar Latviya ərazisindən tranzitlə keçən nəqliyyat vasitələrinə və diplomatların avtomobillərinə şamil edilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]