Latviyada vətəndaşlıq haqqında qanun dəyişə bilər
Riqa, 6 mart, AZƏRTAC
Litva Prezidenti Raymond Veyonis bu ölkə Seyminə vətəndaşlıqla bağlı yeni təklif verəcək.
AZƏRTAC xəbər verir ki, martda Seymə təklif olunacaq qanun layihəsi Latviya vətəndaşı olmayanların bu ölkədə doğulacaq uşaqlarının avtomatik olaraq vətəndaşlıq almasını nəzərdə tutur. Prezident Raymon Veyonis bu barədə Baş nazir Krişyanis Karinyeş ilə də məsləhətləşib.
Dövlət başçısının mətbuata açıqlamasında bildirilib ki, Prezident Latviyada doğulan uşaqların vətəndaşlıq hüququna sahib olmasının tərəfdarıdır. Layihədə nəzərdə tutulub ki, bunu istəməyən valideynlər yazılı surətdə etiraz edə və öz ölkələrinin vətəndaşlığını saxlaya bilərlər.
Qeyd edək ki, Seymin 12-ci çağırışı həmin layihəni rədd etmişdi. Əgər indiki çağırış layihəni qəbul edərsə, 2018-ci il iyunun 1-dən sonra ölkədə doğulan bütün qeyri-latışlar vətəndaşlıq hüququ qazanacaqlar. Hazırda ölkədə Latviya vətəndaşı olmayan 224 min 670 nəfər yaşayır. Onların əksəriyyəti 1940-cı ildən sonra Latviyaya köçürülmüş digər xalqların nümayəndələridir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [13:00]
Rafael Qrossi İran və ABŞ arasında memorandumun imzalanmasını alqışlayıb
- 18.06.2026 [12:58]
Avropa İttifaqında qeyri-qanuni miqrantlarla bağlı yeni qaydalar təsdiqlənib
- 18.06.2026 [12:51]
Ceff Bezos: Süni intellekt kadr çatışmazlığına səbəb olacaq
- 18.06.2026 [12:49]
Litva hökuməti iyunun 23-də istefa verəcək
- 18.06.2026 [12:30]
Fransa və Almaniyanın birgə müdafiə qrupu yeni tanklar təqdim edib
- 18.06.2026 [12:07]
Mark Rütte: NATO ABŞ-nin alyansda iştirakını azaldacağını nəzərə almalıdır
- 18.06.2026 [12:04]