Latviyada yəhudilərin soyqırımı qurbanlarının xatirəsi anılıb
Riqa, 5 iyul, AZƏRTAC
Latviyada yəhudilərə qarşı törədilmiş soyqırımı qurbanlarının anım günü keçirilib.
AZƏRTAC Latviya Seyminin mətbuat xidmətinə istinadla xəbər verir ki, mərasim zamanı Riqada yəhudilərə qarşı törədilmiş soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət olunub, önünə çiçəklər düzülüb.
Tədbirdə Latviya Prezidenti Eqils Levits, Baş nazir Krişyanis Karinş, müdafiə naziri Artis Pabriks, Seymin sədri İnara Murnietse və digər rəsmi şəxslər iştirak ediblər.
Latviya parlamentinin sədri İnara Murnietse çıxış edərək bildirib ki, soyqırımı kimi hadisələr barədə məlumatlar nəsildən-nəslə ötürülməli və heç vaxt təkrarlanmamalıdır.
Yəhudilərin soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Baş nazir Krişyanis Karinş və müdafiə naziri Artis Pabriks Riqadakı Böyük Xor Sinaqoqu yanındakı abidə önünə də gül dəstələri qoyublar.
Qeyd edək ki, 1941-1945-ci illər müharibəsində Latviyada təqribən 70 min yəhudi qətlə yetirilib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [23:16]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]