Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub
Bakı, 14 fevral, AZƏRTAC
Ötən günlər ərzində yağışın Lənkəran-Astara bölgəsində intensiv olması nəticəsində bu ərazidən axan çaylarda sululuğun artımı müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Lənkərançay-Lənkəranda suyun səviyyəsində 29, Lənkərançay-Sifidorda 15, Vəşərüçay-Daştatürkdə 31, Viləşçay-Şıxlarda 25 sm artım qeydə alınıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-190, Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin çaylarında isə 90-130 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Çayın aşağı axınında isə mühüm dəyişiklik baş verməyib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsinin 13 sm qalxdığı müəyyən edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]