Lənkəran-Astara bölgəsi çaylarında sululuq artmışdır
Bakı, 5 noyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən noyabrın 5-də çaylarda sululuqla bağlı araşdırma aparılmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə, noyabrın 2-də yağan leysan xarakterli yağışlar nəticəsində Lənkərançay-Lənkəranda suyun səviyyəsində 39, Lənkərançay-Sifidorda 20, Vəşərüçay-Daştatükdə 37 santimetr artım qeydə alınmışdır.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 85-145, Kiçik Qafqazın çaylarında 50-90, Lənkəran-Astara bölgəsi çaylarında 10-40, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində, eləcə də aşağı axınındakı məntəqələrin əksəriyyətində suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Kür çayının Salyan məntəqəsində suyun səviyyəsinin 15, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində isə 4 santimetr artdığı müəyyən edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]