Lənkəran Dövlət Universitetində Xocalı soyqırımının 21-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir
Lənkəran, 26 fevral (AZƏRTAC). Lənkəran Dövlət Universitetində Xocalı soyqırımının 21-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Toplantıda çıxış edən universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar Elm Xadimi, professor Asəf İsgəndərov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladlarının Xocalı şəhərində törətdikləri vəhşiliklərdən danışmış, bu soyqırımının təkcə Azərbaycanın deyil, bütün dünyanın, bəşəriyyətin faciəsi olduğunu diqqətə çatdırmışdır.
Universitetin dosenti, filologiya elmləri namizədi Mirhüseyn Abbas “Xocalı soyqırımı XX əsrin faciəsidir” mövzusunda məruzə etmişdir.
Toplantıda çıxış edənlər Xocalı soyqırımı qurbanlarının xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini vurğulayaraq ali təhsil müəssisəsi kollektivinin “Azərbaycan həqiqətlərini dünyaya çatdıraq” hərəkatına qoşulduğunu bildirmişlər.
Tədbir iştirakçıları Xocalı soyqırımının ildönümünə həsr olunmuş kitab və rəsm sərgisi ilə tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]