Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin 14 sinfi distant təhsilə keçib
Lənkəran, 17 aprel, Bağır Əliyev, AZƏRTAC
Son günlər Lənkəran rayonunun ümumtəhsil müəssisələrində çalışan 10-a yaxın müəllimdə koronavirus infeksiyası aşkar olunub. COVID-19 testi müsbət çıxan müəllimlər karantinə alınıblar.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva məlumat verib.
Aprelin 12-dən Lənkəran şəhər 10 nömrəli tam orta məktəbdə 14 sinfin distant təhsilə keçdiyini vurğulayan Ü.Əliyeva, distant təhsil alan siniflərdən 6-nın birinci, 5-nin beşinci, 2-nin üçüncü, 1-nin isə yeddinci sinif olduğunu diqqətə çatdırıb.
Onun sözlərinə görə, rayonun digər məktəblərində çalışan müəllimlərin şəhər 10 nömrəli tam orta məktəbin kollektivi və şagirdləri ilə təması olmadığından həmin məktəblərdə belə bir tədbirin görülməsinə ehtiyac yoxdur.
Aprelin 1-dən Lənkəran şəhər 4 nömrəli məktəb-liseydə distant təhsildə olan “II A” sinfi isə aprelin 15-dən əyani təhsilə başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:41]
Səyyah: Qarabağda gördüklərim məni valeh etdi
- 09.10.2026 [17:36]
Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB
- 09.10.2026 [17:21]
İranlı səyyah: Qarabağ çox gözəldir
- 09.10.2026 [16:47]
Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər
- 09.10.2026 [16:26]
Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb
- 09.10.2026 [15:57]
Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb
- 09.10.2026 [15:53]
Səyyar Gənclər Xidməti Kürdəmir gəncləri üçün fəaliyyət göstərib
- 09.10.2026 [15:32]