Lənkəran şəhərində “Sağlam məhəllə” idman zonası istifadəyə verilib
Lənkəran, 3 oktyabr, İlkin Adıyev, AZƏRTAC
Lənkəran şəhərində “Sağlam məhəllə” idman zonası istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılışda gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, idman səfirləri Zaur Paşayev, Aliyə Paşayeva, tanınmış futbolçular Kamran Ağayev, Ruslan Abışov və şəhər sakinləri iştirak ediblər.
Gənclər və İdman Nazirliyinin istifadəyə verdiyi sayca altıncı olan idman zonasında minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat, eləcə də hər yaş qrupuna uyğun fitnes avadanlıqları yerləşdirilib.