LƏNKƏRANDA ƏMƏK YARMARKASI
AZƏRTAC xəbər verir ki, Lənkəran şəhər mədəniyyət sarayında əmək yarmarkası keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə şəhərin Heydər Əliyev parkında ümummilli liderimizin abidəsinin önünə gül dəstələri düzərək böyük öndərin xatirəsini ehtiramla yad etmiş, Lənkəran Dövlət Universitetində böyük rəhbərimizin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərə baxmışlar.
Əmək yarmarkasında rayonun işaxtaran vətəndaşlarına idarə, müəssisə və təşkilatlarından 709 boş iş yeri təklif olunmuşdur. Bu iş yerlərində əmək haqqı 150-200 manat arasındadır.
Yarmarkada Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək ölkəmizdə əhalinin məşğulluğunu təmin etmək sahəsində dövlətimizin həyata keçirdiyi tədbirlərdən danışmış, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində Lənkəran rayonunda 21 min yeni iş yerinin açıldığını diqqətə çatdırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [16:58]
Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir
- 12.06.2026 [16:42]