Leslie Richer: Süni zəka rəqəmsal məkanda mövcud yanlış məlumatları doğru kimi təqdim edir
Şuşa, 22 iyul, Hikmət Əhmədov, Leyla Muradzadə, AZƏRTAC
Süni zəka rəqəmsal məkanda mövcud yanlış məlumatları doğru kimi təqdim edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Afrika İttifaqı Komissiyasının informasiya və kommunikasiya direktoru Leslie Richer 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən "Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi" adlı panel müzakirədə deyib.
Süni zəka ilə media arasında əlaqənin qurulmasının indiki zamanda olduqca vacib olduğunu diqqətə çatdıran Leslie Richer əlavə edib ki, biz informasiya çatışmazlığının qurbanı olmuşuq. İnsanlar Afrika haqqında kifayət qədər məlumatlı deyillər. Mövcud xəritələrdə Afrika kiçik bir ərazi kimi göstərilir. Qitələr sanki dini, irqi meyarlara görə bölünür. Bu, doğru deyil, ədalətli yanaşma tələb edir.
“Afrika İttifaqı olaraq biz 2024-cü ildə kontinental strategiya qəbul etmişik. Bununla biz qlobal rəqəmsal platformanın işinə töhfə vermək istəyirik. Vikipediya ilə sıx əməkdaşlıq edirik ki, nəticə etibarilə süni zəka doğru məlumatlara istinad etsin. Süni zəkadan səmərəli istifadə etmək lazımdır. Silikon vadisində onu yaradan insanlar dünyada baş verənlərlə maraqlanmırlar. Biz texnologiya aləmində qlobal azlıq sayılırıq”, - deyə o vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]