Lionel Messinin transfer dəyəri 20 milyon avro ucuzlaşıb
Bakı, 17 dekabr, AZƏRTAC
"Paris Sen-Jermen"in (PSJ) və Argentina millisinin hücumçusu Lionel Messinin transfer dəyəri 20 milyon avro ucuzlaşıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Transfermarkt” portalı məlumat yayıb.
Məlumatda bildirilir ki, yeddi dəfə “Qızıl top” qalibinin qiyməti 25 faiz ucuzlaşıb. Onun dəyəri dekabrın 17-nə 60 milyon avrodur.
Futbolçu sonuncu dəfə 2009-cu ildə belə dəyərə malik olub. Onun ən yüksək qiyməti 2018-ci ilin may ayında qeydə alınıb - 180 milyon avro.
Otuz dörd yaşlı argentinalı hücumçu ilk mövsümünü Fransa klubunda keçirir. Bu mövsüm Messi 15 oyun keçirib və 6 qol vurub.
Messi PSJ-yə "Barselona"dan keçib. O, sabiq komandasının heyətində dörd dəfə Çempionlar Liqasını qazanıb və on dəfə İspaniya çempionu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:46]
Çempionlar Liqası: "Sabah"–“Slaviya Praqa” oyunu başlayıb
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]