Litium batareyaları aviadaşımalar üçün təhlükə törədir
Bakı, 9 oktyabr (AZƏRTAC). ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) aviadaşıyıcılarını mobil telefonlarda və məişətdə işlədilən digər elektron cihazlarda istifadə olunan litium (sudan iki dəfə yüngül metal) batareyalarının təyyarələrin yük bölmələrində daşınmasının təhlükəli olduğu barədə xəbərdar etmişdir.
FAA-nın nümayəndələrinin sözlərinə görə, belə batareyalar istiliyə məruz qalarkən bərk qızır və alovlana bilər. Məlum olmuşdur ki, dünyada onlarla belə hadisə qeydə alınmış və yalnız görülən tədbirlər nəticəsində yanğın baş verməmişdir.
Bununla belə, bu ilin sentyabrında Dubayda qəzaya uğramış ABŞ-a məxsus “Boinq-747” yük təyyarəsi məhz litium batareyaları partiyası daşıyırdı və hadisənin başvermə səbəbləri indiyədək naməlum qalmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2026 [17:43]
Alimlər komanda ilə özü-özünü məhv edə bilən “canlı plastik” hazırlayıblar
- 07.05.2026 [17:20]
“Shell”in xalis mənfəəti artıb
- 07.05.2026 [16:29]
ABŞ-nin neft istehsalı azalıb
- 07.05.2026 [16:02]
Rumıniya ABŞ-nin antidron sisteminə çıxış əldə edən ikinci ölkə olub
- 07.05.2026 [15:55]