Azərbaycan Dövlət İnformasiya Agentliyi

Litva jurnalisti Riçards Lapaytis: Ermənilər bu müharibəni uduzublar

Litva jurnalisti Riçards Lapaytis: Ermənilər bu müharibəni uduzublar

Vilnüs, 28 fevral, AZƏRTAC

Xocalı faciəsindən 23 il keçib, lakin bu hadisənin şahidi kimi, mənim üçün bu gün də ağırdır.

Bu sözləri Litvanın hərbi jurnalisti Riçards Lapaytis AZƏRTAC-a müsahibəsində deyib. Onun sözlərinə görə, həmin dəhşətli günlər indiyədək gözlərinin qarşısındadır.

R.Lapaytis o günləri xatırlayaraq deyib: “Mən vəhşicəsinə öldürülmüş insanların sifətlərini, kişilərin, qadınların, uşaqların eybəcər hala salınmış, başı kəsilmiş cəsədlərini gördüm. O vaxt 23 yaşında idim. İndiyədək başa düşmürəm ki, gördüyüm dəhşət dolu mənzərədən sonra psixoloqun köməyi olmadan necə yaşadım. Yadımdan çıxmayacaq ki, adamlar necə bərk qorxu, vahimə içində idilər. Uşaqlar, qadınlar ağlayırdılar, hətta belə vəhşiliyi gözləməyən hərbi geyimli kişilər də ağlayırdılar.

Məndə eybəcər hala salınmış, o cümlədən başsız, gözləri oyulmuş cəsədlərin fotoları var. Xocalı faciəsi üzrə öz araşdırmasını aparmış “Memorial” hüquq mərkəzi bildirmişdi ki, onlarla cəsədin üzərində təhqir izləri olub. Ağdama göndərilən sanitar qatarının rus həkimləri cəsədlərdən dördünün baş dərisinin soyulmuş, birinin isə başsız olduğunu qeydə almışdılar”.

Jurnalist deyir: “Başa düşürəm, insanlar müharibədə həlak olurlar. Lakin dinc sakinlərin qəsdlə öldürülməsi, işgəncələrə məruz qoyulması, onların cəsədlərinin təhqir olunması əsl vəhşilikdir. Belə vəhşiliklərdən insana olan inam itir”.

R.Lapaytis xatırladır ki, həmin günlərdə Ağdam yaxınlığında sanitar qatarında olub. Oraya əl-ayaqları donmuş adamlar gətirilirdi. Həkimlər amputasiya etməyi çatdırmırdılar.

Hərbi jurnalist deyir: “Həmin günlərdə Ağdamda olan xarici jurnalistlər də gördüklərindən dəhşətə gəlirdilər. Təlaş və qorxu içində olan ağdamlıları həm də çaşqınlıq bürümüşdü. Onlar bizdən soruşurdular: “Biz sovet adamlarının təqsiri nədir? Nəyə görə başımıza bu müsibət gəldi? Axı biz ermənilərlə yanaşı yaşayır, dostluq edirdik”.

Qeyd etməliyəm ki, Xocalıya hücumdan sonra ermənilər necə vəhşiliklər törətdiklərinin ilk şahidləri olublar. Onlardan bəziləri gördükləri dəhşətli mənzərədən - eybəcər hala salınmış uşaq, qadın cəsədlərindən özlərində deyildilər. Bəziləri cəsədləri təhqir etməkdən yorulmur, digərləri isə gec də olsa, bu qəddarlığı dayandırmaq istəyirdilər. Bir sözlə, tam psixoloji pozğunluq baş vermişdi. Əminəm ki, ermənilər bu müharibəni uduzublar”.

Jurnalist deyir ki, Vilnüsə qayıtdıqdan sonra Xocalı qırğını haqqında məqalə yazmaq qərarına gəlib.

“Həmin vaxt Litvada çıxan qəzetlər sadəcə inana bilmirdilər ki, yaşadığımız dövrdə bu cür faşizm təkrarlanıb, özü də ermənilər tərəfindən. Odur ki, hazırladığım materialı dərc etmək istəmədilər.

Bu gün Ukrayna hadisələri fonunda başa düşürük ki, ədalətsizliyin tərəfində dayanmaq olmaz. Əgər Avropa 1990-cı illərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına öz münasibətini bildirsəydi və vaxtında qarışsaydı, onda müharibəni dayandırmaq olardı və bu qədər də şikəst edilmiş talelər, qurbanlar olmazdı” - deyə R.Lapaytis fikirlərini bölüşür.

Jurnalistin sözlərinə görə, onun uzunmüddətli cəhdlərindən sonra Xocalı haqqında reportajı Litva telekanalında göstərilib, eyni zamanda erməni diasporu da öz qüvvəsini işə salıb və onu ölümlə hədələyiblər.

R.Lapaytis vurğulayıb ki, onu heç nə yolundan saxlaya bilməz. Hər il cəbhə xəttinə gedir, aylarla orada qalır. “Mən Füzulidən Əlibəyliyə qədər gözübağlı gedərəm. Həmin kəndlərə - Həsənqaya, Qapanlıya gedirəm və görürəm ki, 23 il keçməsinə baxmayaraq, atışmalar, yanğınlar davam edir. Bu şiddətli müharibə Azərbaycanın gələcək nəslinə də təsir edib. O müdhiş günlərdə gənc hamilə qadınlar dünyaya əlil uşaqlar gətiriblər.

Bütün bunları gördükdən sonra dərk etdim ki, Qarabağ müharibəsinin ən qorxulu səhifəsi olan Xocalı faciəsi haqqında film çəkmək mənim borcumdur. Beş il ərzində ərsəyə gəlmiş bu film “Sonu görünməyən dəhliz” adlanır. Ola bilsin ki, gec çəkilmiş bu film qəhrəmanlıq yox, insanlıq borcu, Xocalı soyqırımı qurbanlarının xatirəsinə yandırılan bir şamdır. Çox ümid edirəm ki, hər halda dəhlizin sonunda işıq görünəcək və ədalət qalib gələcək”.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib