LİTVA PREZİDENTİ VALDAS ADAMKUS BAKIYA GƏLMİŞDİR
Litva Prezidenti Valdas Adamkus Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM-ın dövlət başçılarının zirvə görüşündə iştirak etmək üçün iyunun 18-də Bakıya səfərə gəlmişdir.
Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Litva Prezidenti Valdas Adamkusu və xanımı Alma Adamkieneni Azərbaycanın xarici işlər nazirinin müavini Vaqif Sadıqov və digər rəsmi şəxslər qarşıladılar. Milli geyimli oğlan və qız ali qonağa və xanımına gül dəstələri təqdim etdilər.