LİTVA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VALDAS ADAMKUSA
Litva Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Biz Azərbaycan ilə Litva arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Əminəm ki, əlaqələrimizin hərtərəfli genişlənməsi üçün qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Litva xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 iyul 2004-cü il.