“Liverpul” Deniel Starrici 30 milyon funt sterlinqə satmağa hazırdır
Bakı, 12 yanvar, AZƏRTAC
“Liverpul” futbol klubu hücumçu Deniel Starrici cari transfer pəncərəsi zamanı sata bilər. AZƏRTAC xəbər verir ki, 28 yaşlı futbolçunun potensial alıcısı 30 milyon funt sterlinq xərcə düşməlidir. “Liverpul” öz hücumçusunu məhz bu məbləğdə qiymətləndirir.
D.Starric daimi oyun praktikası olmadığına görə “Liverpul”la vidalaşmaq istədiyi barədə klubun rəhbərliyinə məlumat verib. “Liverpul” isə Starrici icarəyə vermək niyyətində deyildir. O, ya futbolçunu heyətdə saxlamağa, ya da onun transferi üçün sanballı məbləğ qoparmağa ümid bəsləyir.
Daha əvvəl “Sauthempton”, “Vest Hem” və “İnter” klublarının da Starricə maraq göstərdikləri barədə məlumat verilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]