“Liverpul” klubu Sadio Mane ilə müqaviləni uzatmaq istəyir
Bakı, 31 iyul, AZƏRTAC
İngiltərənin “Liverpul” klubunun rəhbərliyi seneqallı hücumçusu Sadio Mane ilə müqavilənin müddətini uzatmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, “Liverpul” 26 yaşlı futbolçunun illik məvacibini artırmaqla onunla yeni müqavilə imzalamağı planlaşdırır.
Sadio Mane ilə hazırkı müqavilə 2021-ci ilədək qüvvədədir. “Liverpul” rəhbərliyi klubun aparıcı oyunçularından sayılan braziliyalı Roberto Firmino və misirli Məhəmmed Salah ilə müqavilələri artıq yeniləyib. Hər iki futbolçu ilə 2023-cü ilədək müqavilə imzalanıb.
S.Mane 2016-cı ildə “Sauthemton” klubundan 40 milyon avroya transfer olunub. Seneqallı hücumçu “Liverpul”un heyətində meydana çıxdığı 73 matçda 33 dəfə rəqib qapılarına yol tapıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]