Liviya İnsan Hüquqları Fondu Xocalı qətliamı ilə bağlı bəyanat yaymışdır
Bakı, 26 fevral (AZƏRTAC). Azərbaycanın Liviyadakı səfirliyinin göstərdiyi səylərin və apardığı danışıqların nəticəsi olaraq fevralın 25-də Liviya İnsan Hüquqları Fondu Xocalı qətliamı ilə bağlı bəyanat yaymışdır.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, bəyanatda deyilir: “Liviya İnsan Hüquqları Fondu bəyanat verərək bəşəriyyət tarixində ən dəhşətli hadisələrdən biri olan, 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər dinc azərbaycanlının qətlə yetirilməsi, 1275 nəfərin girov götürülməsi, 150 nəfərin taleyinin bu günə qədər bilinməməsi ilə nəticələnən 1992-ci ilin fevralın 26-da Azərbaycanın Xocalı şəhərində erməni qüvvələri tərəfindən insanlığa qarşı törədilmiş amansız, təcavüzkar, qeyri-əxlaqi cinayət əməlini qınayır və kəskin şəkildə pisləyir”.
Bəyanatda, həmçinin onun surətlərinin Liviya Ümummilli Konqresinə və Birləşmiş Millətlər Təşkilatına göndəriləcəyi qeyd olunmuşdur.
Qeyri-hökumət təşkilatı olan Liviya İnsan Hüquqları Fondu 2011-ci il noyabrın 11-də Tripoli şəhərində təsis edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]